EN

Hamı ondan danışır: Əfsanənin yanındakı sarışın gözəl kimdir? - FOTOLAR

Oktyabrın 29-da keçirilən "Ballon d'Or" (Qızıl top) mərasimi hələ də gündəmdən düşmək bilmir.


Tədbirin aparıcıları futbolun əfsanələrindən olan Didye Droqba və Sandi Heriber idi. Sarışın qadın mərasimdən sonra sosial şəbəkələrdə xeyli müzakirə olundu. Ancaq bu, onun tədbirdəki debütü deyildi.

Sandi 1983-cü ilin noyabrın 25-də "Stade de France" stadionunun yerləşdiyi Sen-Denis yaxınlığında anadan olub. Onun anası britaniyalı, atası isə Belçikadandır. Soyadı məhz atasından miras qalıb. Anası ona ingilis dilində ad qoyub.

Sandi jurnalist karyerasına nüfuzlu "Eurosport" telekanalında başlayıb. O, geniş audiotoriyanı əhatə edən bir neçə proqramın aparıcısı kimi çalışıb.

Heriber indi rəsmi olaraq "France 2" kanalı və "L'Equipe" üçün çalışır. 41 yaşlı gözəlin tərcümeyi-halına bir serialda çəkiliş və hətta məşhur "Fort Boyard" oyununda iştirak da daxildir.


Qeyd etdiyimiz kimi, 2 gün öncə baş tutan "Ballon d'Or" onun üçün ilk deyil. O, ilk dəfə 2019-cu ildə elə Droqba ilə mərasimin aparıcısı olub. O vaxtdan bəri heç bir tədbiri də qaçırmayıb.


"Çelsi"nin əfsanəsi belə həmkara sahib olduğu üçün özünü çox şanslı hesab edir.

///Publika.az


Chosen
44
4
referans.az

5Sources