Rusiya millisinin sabiq üzvü Aleksandr Ryazantsev maraqlı açıqlama ilə diqqət çəkib. 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Fabio Kapello ilə bağlı xatirələrini bölüşüb. Sabiq futbolçu italiyalını "Turan Tovuz"un hazırkı məşqçisi Kurban Berdiyevlə müqayisə edib:

"Kapello tanıdığım ən sərt məşqçidir? Bu siyahıya Kurban Berdiyevi də qoşmaq olar. Onun dövründə də nizam-intizam ən sərt idi. Bəli, Kapello çox tələbkar idi. Eyni sözləri Berdıyev haqqında da deyə bilərəm”.