EN

Zelenski Ukrayna ordusunun geri çəkilməsinin səbəblərini açıqladı

Ukrayna cəbhədə yalnız qoşunlardakı çatışmazlıqlar səbəbindən geri çəkilir.

APA-nın “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib:

“Mən qoşunların say nisbətində bəzən 8 dəfəyədək fərq olduğu barədə məlumat alıram. O zaman qarşıda iki seçim olur: sağ qalmaq və ya ölmək. Belə olan halda hərbçilərə geri çəkilməli və həyatlarını xilas etməli olduqları barədə göstəriş verirəm”.

O həmçinin ordunun Rusiya ərazisindəki “Kursk” AES-i ələ keçirmək imkanı olduğu halda buna cəhd etmədiyini bəyan edib:

“Biz heç vaxt bunu etmək istəməmişik. Çünki bunu etsəydik, Rusiyaya bənzəyəcəkdik. Məqsədimiz heç də kritik cəhətdən vacib infrastrukturu ələ keçirmək olmayıb”.

Qeyd edək ki, Ukrayna ordusunun Kursk istiqamətində irəliləməsi eyniadlı AES-in 35 kilometrliyində dayandırılıb.

Chosen
18
11
musavat.com

10Sources