Heç bir texniki problem yoxdur. Sərnişin sıxlığıdır. Bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BUTA.TV-ın sorğusunu cavablandırarkən bildirib. "Platforma səviyyəsinin ifrat sıxlığına yol vermək olmaz. Texniki problem olan kimi xəbərdar edirəm və edəcəyəm", - o deyə vurğulayıb. Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosu qarşısında böyük izdiham yaranıb.