EN

Zelenskinin inglis dilini bilməməsi sülhə maneə olur

Ukrayna və ABŞ arasında danışıqlara respublika prezidenti Vladimir Zelenski və Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermakın ingilis dilini yaxşı bilməməsi mane olur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Zelenski və Yermak tez-tez tərcüməçilərdən istifadə etmədən ingilis dilində danışıqlar aparırlar.

Zelenskinin ingilis dili “bəsit”, Ermakın isə “bərbaddır”. Buna görə də ABŞ nümayəndələri Ukrayna siyasətçiləri ilə birbaşa əlaqə saxladıqda onları düzgün başa düşə bilmirlər.


Müəllif: Arzu
Chosen
51
40
teleqraf.com

10Sources