EN

Azərbaycanada ödəniş sistemlərininnormativ-hüquqi bazası modernləşdiriləcək - AMB-ninbaş direktoru

Azərbaycan Mərkəzi Bankının (AMB) əsas təşəbbüslərindən biri risk əsaslı nəzarətin tətbiqilə ödəniş sistemlərinin normativ-hüquqi bazasının modernləşdirilməsidir.

Fins.az AMB-yə istinadən xəbər verir ki, bunu qurumun baş direktoru Vüsal Xəlilov “P.I.T. Exchange” podkastına müsahibəsində bildirib.

O, rəqəmsal ödənişlərin təşviqinin artırılmasının əsas prioritet məsələlərdən biri olduğunu qeyd edib və əlavə edib ki, AMB bu artımı dəstəkləmək, artan əməliyyat məbləğini idarə etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə öz infrastrukturunu müasirləşdirir.

V.Xəlilov daha çox datalara əsaslanan qərar qəbuletmə prosesinə doğru irəliləyən bu keçidin təkcə təşkilatdaxili təkmilləşdirmələri deyil, həm də ödəniş təşkilatları və banklar arasında məlumatların idarə edilməsi təcrübələrinin tənzimlənməsini əhatə etdiyini söyləyib.

O, həmçinin AMB-nin Ani Ödənişlər Sistemini təkmilləşdirdiyini, bu istiqamətdə kommersiya bankları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib, sənaye innovasiyalarına təkan vermək üçün yüksək standartların müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Fuad Mədətov
Fins.az

Chosen
34
5
fins.az

7Sources