EN

İqlim dəyişikliyi səhiyyə sisteminə necə təsir edir? - Elçin Bayramlı

İqlim dəyişikliyi və ekoloji fəlakətlər, hava və su çirkliliyi, qeyri-təbiiliyi səbəb olur. Bu, xəstəliklərin sayını artırır və tibbi ehtiyacları çoxaldır. Artan xəstəlik yükü ilə üzləşən icmalar üçün bu, daha çox səhiyyə xidmətinə ehtiyac yaradaraq dövlətləri əlavə maliyyə xərclərinə məcbur edir.

Bunu Fins.az-a açıqlamsında sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin gətirdiyi istiləşmə və ekstremal hava şəraiti xəstəliklərin yayılmasını artırır:

“Ağır xəstəliklərin və yoluxucu xəstəliklərin artması, virusların və bakteriyaların çoxalması, yeni xəstəliklərin ortaya çıxması, dövlətlərin sosial sığorta xərclərini artırır. Bu vəziyyət, xüsusən də təbii fəlakətlər zamanı zərərçəkmiş icmalar üçün kritik səhiyyə təminatına ehtiyac duyulur”.

E.Bayramlı qeyd edib ki, fəlakətlərin səhiyyə sisteminə qoyduğu təzyiq təkcə xəstələrin müalicəsi ilə bitmir, eyni zamanda profilaktik tədbirlərin vacibliyini ortaya qoyur:

“Profilaktik tədbirlər, xərcləri azaltmaq və sağlam cəmiyyət yaratmaq üçün daha ucuz və effektivdir. Bu, dövlətlərin siyasətini yenidən nəzərdən keçirməyi zəruri edir. Sağlam cəmiyyət yaratmaq üçün dövlətlər, profilaktik tədbirlər planlaşdıraraq xəstəliklərin qarşısını almağa üstünlük verməlidir. Bu həm dövlət xərclərini azalda, həm də icmaların rifahını yaxşılaşdıra bilər”.

Fuad Mədətov
Fins.az

Chosen
23
fins.az

1Sources