EN

"Meta"nın gəliri və mənfəəti üçüncü rübdə artıb

"Meta"nın gəliri və mənfəəti üçüncü rübdə artıb

"Meta" bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin üçüncü rübündə 19 faiz, xalis mənfəəti isə 35 faiz artıb.Şirkətin üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 40,5 milyard dollara çatıb. Meta ötən ilin eyni dövründə 34,1 milyard dollar gəlir əldə edib.Bu dövrdə şirkətin gəliri bazar gözləntilərindən yüksək olub."Meta"nın xalis mənfəəti bu ilin üçüncü rübündə 35 faiz artaraq 15,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 11,5 milyard dollar mənfəət açıqlamışdı.Şirkətin ötən ilin üçüncü rübündə 4,39 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 6,03 dollara yüksəlib."Meta"nın mənfəəti də bazar gözləntilərini üstələyib.Şirkət ilin dördüncü rübündə də 45-48 milyard dollar arasında gəlir gözlədiyini bildirib.Mənbə: AA

Chosen
37
4
afn.az

5Sources