EN

Mirzoyandan sülh açıqlaması: "İki bənd üzrə razılığa gələcəyik"  

“Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəyik və tam razılaşdırılmış sülh müqaviləsinə malik olacağıq”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib. O bildirib ki, hər iki ölkə yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcək.

Xatırladaq ki, Ermənistan hakimiyyəti bundan əvvəl BMT-nin Azərbaycanda keçiriləcək böyük tədbirində iştirak etmək üçün dəvət alıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu tədbirdə iştirakla bağlı hələ də qərar yoxdur. Öz növbəsində, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan qeyd edib ki, Bakıya getmək qərarına “bir çox hallar” təsir edə bilər.

Qeyd edək ki, Noyabrın 11-22-də Azərbaycanın paytaxtında BMT-nin COP29 iqlim konfransı keçiriləcək.

Şahanə Rəhimli
Musavat.com

Chosen
110
50
musavat.com

10Sources