EN

Ermənistan XİN rəhbəri Azərbaycanla sülh müqaviləsinin imzalanacağı ilə bağlı nikbindir

Sülh müqaviləsində daha 1-2 məsələ var ki, onun üzərində iş davam etdiriləcək.

APA “aysor.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu, normal danışıqlar prosesidir.

XİN rəhbəri yaxın gələcəkdə hər iki ölkənin yerdə qalan 1-2 bənd üzrə razılığa gələ biləcəkləri barədə nikbin olduğunu qeyd edibəlavə edib ki, bundan sonra sülh müqaviləsinin mətni tam razılaşdırılmış olacaq.

Chosen
24
3
apa.az

4Sources