EN

Azərbaycanda karbon vergisi tətbiq olunacaq? - Nazir müavinindən AÇIQLAMA

Bakı. Trend:

Bir neçə il əvvələ qədər heç karbon vergisi səsləndirilmirdi vəyaxud sadəcə spesifik ədəbiyyatlarda qeyd olunurdu. İndi isə buməsələ gündəliyimizi məşğul edib.

Trend-in məlumatına görə,bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müaviniSəməd Bəşirli “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobalməqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlıİnkişaf Məqsədləri dialoqunda deyib.

O bildirib ki, karbon vergisini bütün ölkələr tətbiq etməyəbaşladığı təqdirdə, bizim fərqli davranmaq şansımız olmayacaq:

"Yəni bunun istər-istəməz real sektora təsir edəcəyişübhəsizdir. Amma biz qlobal reallığı nəzərə almadan qlobaliqtisadidiyyata inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəbilmərik. Biz bu reallıqları nəzərə almaq məcburiyyətindəyik".

"Mövcud resurslarla istər maliyyə, istər investisiya, istərsə dəticarət sahəsində ortaya qoya biləcəyimiz töhfələr aydındır. Ammabu töhfələr daha çox olmalıdır. Lakin resurslarımız məhduddur. Beləolduğu təqdirdə bu sahələr arasında sinerjini artırmaq lazımdır.Bu, çox gözəl və asan səslənsə də, bir o qədər çətindir. Bu, qlobalvə milli səviyyədə səylərin səfərbər olunmasını tələb edir", - deyəo əlavə edib.

Chosen
73
3
az.trend.az

4Sources