EN

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Oktyabrın 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Bu barədə SİA-ya Məhkəmə-Hüquq Şurasından bildirilib. İclasda çıxış edən Şuranın sədri İnam Kərimov son dövrlərdə məhkəmə sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, bu gün ölkəmizdə məhkəmə işinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir və bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.Eyni zamanda, aparılan kadr islahatları, Ali Məhkəmə və Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlərin təyin edilməsi və peşəkar hakim korpusunun formalaşdırılmasının ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.İclasda, həmçinin intizam icraatı üzrə işlərə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə fəxri fərmanlarla təltif ediliblər.

Chosen
24
14
sesqazeti.az

10Sources