EN

Məşhur restoranda yeməyin içindən milçək çıxdı - Ara qarışdı

Ötən həftə paytaxtda məşhur restoranda şorbanın içindən milçək çıxıb. 

News24.az xəbər verir ki, hadisə Parisdə məşhur iş adamı Abile Udola məxsus olduğu deyilən restoranda baş verib. Soğan şorbası sifariş edən müştərinin yeməyinin içindən milçək çıxıb. 

Restoranı etiraz sədaları bürüyən kimi inzibati heyət aranı sakitləşdirməyə çalışıb. Restoran rəhbərliyi müştəriyə yeməyin içində milçək yox, turşu olduğunu sübut etməyə çalışıb. 

Məsələ ilə bağlı müştəri aidiyyəti qurumlara müraciət edib. Qida Departmenti yeməyi labaratoriyaya göndərib. Ekspertizasiyanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək. Hər hansı bir tərəfin iddiası yalan olarsa, qarşı tərəfə təzminat, dövlətə isə çox ciddi məbləğdə cərimə ödəyəcək. 

Ağa


Chosen
38
1
news24.az

2Sources