EN

Almaniya gəmi ilə İsrailə 150 ton partlayıcı göndərdi- alman vəkillər gəmini dayandırmaq üçün hərəkətə keçdi...

Image

Almaniya Qəzzada əməliyyatlarını davam etdirən İsrailə hərbi dəstəyini davam etdirir. Son məlumatlara görə, 150 ton partlayıcı maddə daşıyan yük gəmisi MV Kathrin Almaniyadan İsrailə doğru yola çıxıb.

Ancaq bir qrup alman vəkil 150 ton hərbi təyinatlı partlayıcı daşıyan alman yük gəmisinin İsrailə göndərilməsinin qarşısını almaq üçün Berlin İnzibati Məhkəməsinə təcili ərizə ilə müraciət edib.

Avropa Hüquqi Dəstək Mərkəzi (ELSC) iddianın Qəzza zolağından olan 3 fələstinlinin adından qaldırıldığını və vəkillərin məhkəmədə sözügedən partlayıcıların İsrailin Qəzza zolağına hücumlarında istifadə oluna biləcəyini söylədiklərini bildirib.

TAHİR





Chosen
84
baki-xeber.com

1Sources