Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib.
İdman.biz xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan ilk qarşılaşma A qrupunda yer alan “Azərreyl” və “Neftçi” komandaları arasında olub.
Oyuna daha yaxşı başlayan “Azərreyl” klubu üstünlüyünü sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana B qrupunda mübarizə aparan MOİK və “Murov Az Terminal” komandaları çıxıblar. Qrup mərhələsinin son qarşılaşmasında da qalib 3 setdə müəyyən olunub. Bu görüşdə “Murov Az Terminal” 3:0 hesablı qələbəni bayram edib.
A qrupunda “Azərreyl” 6 xalla birinci, “Neftçi” 3 xalla ikinci olub. “Xilasedici” 6 xalla B qrupunu lider, “Murov Az Terminal” isə 3 xalla ikinci yerin sahibi kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, noyabrın 2-də baş tutacaq yarımfinal oyunlarında “Azərreyl” - “Murov Az Terminal” ilə, “Xilasedici” isə “Neftçi” komandası ilə qarşılaşacaq.
Ölkə kuboku
Kişilər
31 oktyabr
A qrupu
“Azərreyl” - “Neftçi” 3:0 (25:20, 25:20, 25:23)
B qrupu
MOİK - “Murov Az Terminal” 0:3 (13:25, 16:25, 10:25)
İdman.biz