EN

Ostin Şimali Koreyanı qoşunlarını Rusiyadan çıxarmağa çağırıb

...Rusiyada yerləşən Şimali Koreya qrupunun sayı 11 min nəfər olaraq qiymətləndirilir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətinin nümayəndəsi BBC müxbirlərinə Milli Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə bildirib. Qeyd edək ki, rəsmi Seul Şimali Koreya qoşunlarının Rusiyanın Ukrayna ilə müharibəsində iştirakı ilə bağlı təsdiqlənmiş faktın olmadığını da bildirib.

BBC-nin əldə etdiyi məlumata görə, təxminən 3 min Şimali Koreya əsgəri artıq Rusiyanın qərb hissəsində...ehtimal ki, təlim keçir.

Rusiyadakı Şimali Koreya kontingenti arasında generallar və yüksək rütbəli zabitlərin olduğu da istisna deyil, lakin onların əksəriyyəti piyada əsgərləridir. BBC mənbəsi iddia edir ki, onların mənşəyini gizlətmək üçün onlara rus silahları və formaları verilib.

Xatırladaq ki, bazar ertəsi Pentaqon Şimali Koreyadan Rusiyaya göndərilən hərbçilərin sayını 10 min nəfər hesab edib.

Amerika hərbi idarəsi Şimali Koreya ordusunun bir hissəsinin Ukrayna ilə həmsərhəd Kursk vilayətinə göndərildiyini təxmin edib.

...Və bu arada ABŞ-ın müdafiə naziri Lloyd Ostin Şimali Koreyanı qoşunlarını Rusiyadan çıxarmağa çağırıb. Çərşənbə günü Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyunla birlikdə Pentaqonda çıxış edən Ostin Şimali Koreyanın qoşun yerləşdirməsini təhlükəli və sabitliyi pozan adlandırıb.

...“The Hill” xəbər verir ki, bu bəyanat rus geyimində və rus texnikası ilə birlikdə Şimali Koreya hərbçilərinin Kursk bölgəsinə doğru hərəkət etdiyinə dair çoxsaylı məlumatlar fonunda verilib.

Bu həftə “Friedrix Naumann” fondu Şimali Koreyanın Rusiyaya təxminən 5,5 milyard dollar dəyərində silah satmış ola biləcəyini təxmin edib.

İddialara görə, bu məbləğ ölkənin ÜDM-nin dörddə biri ilə müqayisə oluna bilər.

Mütəxəssislər kəşfiyyat hesabatlarından sızan sənədlərdən və Şimali Koreya silahlarının əvvəllər satıldığı qiymətlərdən istifadə ediblər.

Əli Babayev

Chosen
41
sia.az

1Sources