EN

Rusiyada hava limanı fəaliyyətini bərpa etdi

Rusiyada Ufa hava limanı təyyarələrin qəbulunu və buraxılmasını bərpa edib, hava limanının fəaliyyətinə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün "Telegram" kanalında məlumat verib .

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər dövründə Ufaya uçan dörd təyyarə alternativ aerodromlara “sola” getdi”, - idarənin nümayəndəsi yazıb.


Müəllif: Arzu
Chosen
51
teleqraf.com

1Sources