EN

II Pyotrun oğurlanan fərmanı hərracda satıldı - FOTO

Rusiyanın Dövlət Hərbi Tarixi Arxivindən yoxa çıxan İmperator II Pyotrun fərmanı Fransada keçirilən hərracda satışa çıxarılıb. SİA xəbər verir ki, bu barədə “Aguttes” hərrac evinin saytı məlumat yayıb.

Bildirilib ki, hərrac oktyabrın 29-da baş tutub. Fərman 3120 dollara satılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Moskvada Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanılan imperator II Pyotrun ilk fərmanlarından birini oğurlanması ilə bağlı məlumat yayılmışdı. Oğruların onu saxta sənədlə əvəzlədiyi deyilirdi.

Chosen
45
25
sia.az

10Sources