EN

COP29: Heydər Əliyev Hava Limanında COP29 üçün mediatur; Ruanda və Banqladeş Prezidentləri konfransda iştirak edəcək, Qazaxıstan isə pavilyonunu təqdim edəcək

Heydər Əliyev Beynəlxalq Hava Limanında COP29-a hazırlıq çərçivəsində mediatur keçirilib.

Fins.az xəbər verir ki, mediaturda KİV nümayəndələri, Dövlət Miqrasiya Xidməti, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "ASAN Visa" nümayəndələri iştirak ediblər.

KİV nümayəndələrinə COP29-a hazırlıq çərçivəsində görülən işlər, sərnişinlərin yoxlanış prosesi, pasport nəzarəti, eləcə də konfrans iştirakçıları üçün xüsusi giriş vizalarının terminallar vasitəsilə qeydiyyat prosesi nümayiş etdirilib.

Sərnişin buraxılış qabiliyyətini artırmaq məqsədilə yoxlanış məntəqələrinin sayının artırıldığı qeyd olunub.

Mediaturun yekununda təşkil edilmiş brifinqdə Heydər Əliyev Beynəlxalq Hava Limanın direktoru Teymur Qasımov bildirib ki, COP29 zamanı sərnişin axınının gündəlik 25-27 min nəfərə qədər artacağı gözlənilir.

Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyev qeyd edib ki, COP29 çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə insanların iqlim dəyişikliyi kontekstində yerdəyişməsi mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirəsi (18 noyabr) planlaşdırılıb.

"Dövlət Miqrasiya Xidməti tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb. Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb. Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur. Həmçinin bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə ölkəmizə vizasız gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat, maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb", - Ülvi Əliyev qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

* * *

Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək.

Fins.az xəbər verir ki, bu barədə Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqa Prezident İlham Əliyevlə görüşündə bildirilib.

Çarlz Kayonqa Ruanda Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir.

Səfir vurğuladı ki, Ruanda Prezidenti ona Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini deyib və ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

* * *

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək.

Fina.az xəbər verir ki, bu barədə Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın Prezident İlham Əliyevlə görüşündə bildirilib.

Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq, Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb..

COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.

* * *

Bu il Qazaxıstan noyabrda Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransında uzun illərdən sonra ilk dəfə olaraq öz pavilyonunu təqdim edəcək.

Fins.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Saken Kalkamanov deyib. O əlavə edib:

“Azərbaycan qardaş və tərəfdaş respublika kimi bizim dəstəyimizi alır. Biz də digər Mərkəzi Asiya ölkələri və türk dövlətləri ilə birlikdə bu tədbirdə fəal iştirak edəcəyik”.

Onun sözlərinə görə, Qazaxıstan pavilyonu 150 kvadratmetr ərazini əhatə edəcək və aşağıdakı bölmələrdən ibarət olacaq; ekologiya sahəsində nailiyyətlərin nümayişi üçün sahə, panel müzakirələri, sessiyalar, təqdimatlar və yan tədbirlər üçün konfrans zalı, davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq şirkətlər, banklar və tərəfdaşlarla memorandumların imzalanacağı görüş zalı.

“Ümumiyyətlə, sərgi dünyada istixana effektinin azaldılması və ətraf mühitin yaxşılaşdırılması məqsədi daşıyır, eyni zamanda, eksponatlarda Mərkəzi Asiya və Xəzəryanı regionlara xüsusi diqqət yetiriləcək.

Dövlət başçıları, Ekologiya nazirliklərinin və digər dövlət orqanlarının rəhbərləri illərlə yığılıb qalmış ekoloji problemlərin həlli yollarını tapmağa və onların aradan qaldırılması üçün gələcək addımları müəyyən etməyə çalışacaqlar”, - deyə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri bildirib.

* * *

Dövlət Miqrasiya Xidməti tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb.

Bunu Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Ülvi Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan media-tur çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq.

“Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb. Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.

Həmçinin bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə ölkəmizə vizasız gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat, maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb”, - deyə xidmət nümayəndəsi əlavə edib.

Ülvi Əliyev vurğulayıb ki, tətbiq edilən qaydalarla bağlı əcnəbilərin məlumatlandırılmasının təmini üçün görülmüş birgə tədbirlər nəticəsində COP29-un rəsmi internet səhifələrində və digər müvafiq mənbələrdə miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib, o cümlədən Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinin, eləcə də digər hədəf qruplarının müvafiq qaydada məlumatlandırılması təmin edilib:

“Konfrans müddətində ölkəyə gələn əcnəbilərin miqrasiya orqanları ilə mümkün təmas nöqtələrində - Heydər Əliyev Beynəlxalq Aeroportunda, xidmətin Çağrı Mərkəzində və digər xidmət nöqtələrində gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı zəruri tədbirlər görülüb. COP29 tədbiri zamanı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə iqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi mövzusuna həsr olunmuş (18 noyabr) yüksək səviyyəli panel müzakirənin keçirilməsidə planlaşdırılıb”.

* * *

COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda gündəlik sərnişin axınının 25-27 minə çatacağı gözlənilir.

Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov COP29-a hazırlıq çərçivəsində hava limanına media turun yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu COP29-da gücləndirilmiş iş rejimində işləyəcək.

"Bütün prosesləri təmin etmək üçün əlavə işçilər və könüllülər cəlb olunub, işi tənzimləmək üçün işçi qrupu yaradılıb. Hazırda gündəlik sərnişin axını 18-20 min nəfər təşkil edir, COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir. Gücləndirilmiş rejimdə hava limanı gündə 45-50 min sərnişinə xidmət göstərə biləcək", - deyə o bildirib.

Onun sözlərinə görə, COP29 üçün 15 əlavə çarter reysi planlaşdırılır.

"Əsaslı təmirdən sonra uçuş-enmə zolağı istifadəyə verilib. Taksi yolları təmir edilib, üç yenisi tikilib. Sərnişin daşıma qabiliyyətini artırmaq üçün təhlükəsizlik yoxlama məntəqələrinin sayı artırılıb. Terminallarda 12 özünü qeydiyyatdan keçirmə aparatı və 10 baqaj buraxma məntəqəsi var. Daha sürətli və daha sabit əlaqə təmin etmək üçün internet avadanlığı da yenilənib", - deyə o bildirib.

* * *

Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub.

Bu barədə COP29 Əməliyyat Şirkətinin Catering,təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, stadion ərazisində ümumilikdə 4 mətbəx fəaliyyət göstərir.

“Mavi zonada 3, yaşıl zonada isə 1 mətbəx fəaliyyət göstərir. Stadion ərazisində 56 yeni kafe və restoran qurulub.Restoranlardan birində milli, digərində dünya mətbəxi təqdim ediləcək”,- deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

* * *

COP29-da qida tullantıları yenidən emal ediləcək.

Bu barədə COP29 Əməliyyat Şirkətinin Catering,təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, tədbirin formatına əsasən 3 qidalanma prosesi mövcuddur.

“Bunlardan biri portal satışıdır ki, ölkə pavilyonları artıq sifarişlər verməyə başlayıb. Onlar üçün hazırlıqlar davam edir. Azərbaycanda ilk dəfə COP29 tədbirində qida tullantılarının yenidən emalı olacaq. Bu səbəbdən tullantıları çeşidləyirik.

Tədbir müdəttində yerli məhsullara üstünlük veriləcək. Xarici ölkədən məhsul gətirərkən onun gətirilmə müddətində, daşınmasında karbon qazı havaya buraxılır. Biz bunun qarşısını almağa çalışırıq”, - deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Chosen
78
12
fins.az

10Sources