Dövlət Gömrük Komitəsi (DGK) "Almet Baku" ASC barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"Almet Baku" ASC metal həsir, metal profil, dəmir çubuq, yivli tel çubuq, hörülmüş çəpər həsir (PVC), PVC örtüklü məftil, armatur, ikitavr, sinklənmiş polad təbəqə, polad borular, şveller, polad təbəqə və s. bu kimi məhsulların istehsalını və satışını həyata keçirir.
Hüseyn