EN

Kuleba: ABŞ əmin idi ki, Ukrayna uduzacaq, Zelenski isə öldürüləcək...

ABŞ Rusiyanın genişmiqyaslı işğalı ərəfəsində Ukraynanın uduzacağına əmin idi...

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Olqa Koşelenkonun “ABŞ-UA: Ağ Evin məxfi sənədləri” layihəsində danışıb.

Kuleba qeyd edib ki, Qərbdə Vladimir Zelenskinin ruslar tərəfindən öldürüləcəyini güman edirdilər, ona görə də Ukrayna prezidentindən vəsiyyətini videoya çəkməyi xahiş ediblər.

Sabiq XİN rəhbəri bildirib ki, vitse-prezident Kamala Harris Münhendəki konfransda Zelenskiyə mühacirətdə hökumətin yaradılmasına hazırlaşmağı, həmçinin Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün bəzi hərbi həll yolları axtarmağı tövsiyə edib.

Kuleba xatırladıb ki, işğaldan əvvəl fevralın son günlərində ona Kiyevə qayıtmamağı təklif ediblər.

“Ukraynanın böyük dostu olan bir nəfər mənə mesaj göndərdi və mən qayıdacağımı deyəndə o, Zelenski video vəsiyyətnamə yazmalıdır”, deyə Kuleba əlavə edib.

Poliqon.info

Chosen
14
16
poliqon.info

10Sources