EN

Kuleba sirləri AÇDI – “Qərb Zelenskinin vəsiyyətnamə yazmasını istəyirdi”

“Rusiyanın Ukraynaya hücumundan əvvəl Qərb prezident Vladimir Zelenskidən video vəsiyyətnamə yazmasını istəyirdi”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba Olqa Koşelenkonun “ABŞ-UA: Ağ Evin gizli sənədləri” layihəsində danışıb:

“Ukraynanın dostu olan bir nəfər mənə mesaj göndərdi və mən ona geri dönüş edəcəyimi bildirəndə o dedi ki, “Zelenski video vəsiyyət yazmalıdır”. 

Kuleba qeyd edib ki, Qərb Ukrayna Prezidentinin ölümü ehtimalını real qiymətləndirdiyi üçün bu tövsiyəni verib.
 

“ABŞ-ın vitse-prezidenti Kamala Harris Zelenskiyə mühacirətdə hökumətin yaradılmasına hazırlaşmağı, eləcə də Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün bəzi hərbi həll yolları axtarmağı tövsiyə etmişdi”, - deyə sabiq nazir əlavə edib.


Xatırladaq ki, Kuleba 4 sentyabr 2024-cü ildə xarici işlər naziri vəzifəsindən istefa verib.

Bizim.Media

Chosen
13
14
bizim.media

10Sources