EN

Lavrov: Ukrayna və Qərb sülh axtarmır...

Ukraynada sülhün bərqərar olması Ukrayna hakimiyyətinin və Qərb ölkələrinin planlarına daxil deyil...

Poliqon xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

Nazirin fikrincə, üçüncü ölkələrin, o cümlədən Türkiyənin vasitəçiliyinə məhz bu mane olur. Lavrov xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqları qadağan edən fərmanı hələ də ləğv etməyib.

“Hazırda sülh bizim düşmənlərimizin planlarının bir hissəsi deyil... Vaşinqton və onun müttəfiqləri Kiyevə tam dəstək verir, Qərbin uzaqmənzilli raketlərindən Rusiyanın dərinliklərinə zərbə endirmək imkanını müzakirə edir... Belə bir şəraitdə hər hansı vasitəçilik səylərinin uğur qazanması ehtimalı azdır”, deyə Lavrov vurğulayıb.

Lavrov əmin edib ki, Moskva Ankaranın Ukraynadakı hərbi münaqişənin həlli üzrə səylərini yüksək qiymətləndirir. Eyni zamanda o, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı davam etdirməsindən çaşqınlıq yaratdığını qeyd edib.

Poliqon.info

Chosen
21
50
poliqon.info

10Sources