EN

"Neftçi"nin hücumçusu: "Komandanın ilk iki pillədə yer almasını istəyirəm" - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Dembo Darbo "Far.Az"un suallarını cavablandırıb.

26 yaşlı qambiyalı hücumçu paytaxt təmsilçisinin cari mövsümdəki çıxışından və klubdakı hədəflərindən söz açıb.

- Komandanız 11 oyundan sonra 9 xalla səkkizinci pillədə qərarlaşıb. Belə başlanğıcı gözləyirdiniz?
- Əlbəttə ki, yox. Belə olacağını gözləmirdim. Amma nəzərə almaq lazımdır ki, futbolda hər şey mümkündür. Biz zəhmət və fədakarlıqla azarkeşlərimizin istədiyi kimi olacağıq.

- İlk qələbənizi X turda əldə etdiniz. Həmin vaxtadək qalibiyyətə nə mane olurdu?
- Mən komandaya bir az gec qoşulmuşan. Buna görə bu barədə heç nə deyə bilməyəcəyəm.

- XI turda "Sabah"la qolsuz heç-heçə etdiniz. Bu matç haqqında nə deyə bilərsiniz?
- Həmin qarşılaşma bir az çətin oldu. Düşünürəm ki, ilk hissədə yaxşı oyun sərgilədik. Ammma ikinci yarı istədiyimiz kimi alınmadı. Buna baxmayaraq, 1 xal əldə edə bildik.

- Baş məşqçi Samir Abasovun gəlişindən sonra nələr dəyişib?
- O, gələndən sonra çox şey dəyişib. Çünki hər mütəxəssisin özünün güclü tərəfləri var. Komanda belə durumda olanda kollektivi necə idarə etməli olduğunu bilir və bu vəziyyətdən çıxmaq üçün hər şeyi edir.

- Cari mövsüm əsas məqsədiniz nə olacaq?
- Komandamızın ilk iki pillədə yer almasını istəyirəm. Bunun üçün bacardığım qədər çox qol vurmağa çalışacağam.

- Avqustun sonunda klubla 2 illik müqavilə bağladınız. İki ay ərzində komandaya, ölkəyə və şəhərə uyğunlaşa bilmisiniz?
- Məncə, əsas olan komanda yoldaşlarıma öyrəşməkdir. Kollektiv şəklində necə oynadığımız önəmlidir. Bunun üçün çox çalışıram. Bu, istədiyimiz nəticəni əldə etməyə yardımçı olacaq.

- 2020-ci ildə Şimali Makedoniya təmsilçisi "Şkupi"nin heyətində "Neftçi"yə qarşı oynamısınız. Həmin anları xatırlayırsınız?
- Əlbəttə (gülür). Mənim üçün əla oyun və təcrübə olmuşdu. Çünki bu, UEFA Avropa Liqasında ilk matçım idi.

- Karyeranız ərzində bir neçə klubda çıxış etmisiniz. Amma yalnız Belarusun “Şaxtyor” (Soliqorsk) komandasında titullar əldə etmisiniz. Bunu Azərbaycanda da təkrarlamaq istəyirsiniz?
- Təbii ki. Məhz elə buna görə buradayam. Bütün futbolçular mümkün qədər daha çox kuboklar qazanmaq arzusundadırlar. Məqsədim "Neftçi" ilə titullar əldə etməkdir. Keyfiyyətli və çox çalışan oyunçularımız var. Bunu bacaracağımıza da inanıram. "Neftçi" böyük klubdur. Bu komanda hər zaman titullar uğrunda mübarizə aparır.

- Misli Premyer Liqasının XII turunda bu gün "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. İkinci qələbəni qazana biləcəksiniz?
- Bizim ambisiyamız üç xal əldə etməkdir. Bunun üçün də əlimizdən gələni edirik.

Chosen
32
1
far.az

2Sources