“Universiteti bitirən həkimlərə niyə təyinat vermirlər? Bu dəqiqə Xankəndinə gedib işləmək üçün qırğındır. Çünki mənzil təminatı var. Eləcə də həkimlərə də təyinat versinlər, onlar da getsinlər, işləsinlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat rayonlara göndərilən həkimlərə də müəllimlərə tətbiq olunan imtiyazlar, güzəştlərin verilməsini təklif edib:
“Hörmətli Əhliman Əmiraslanov təyinat məsələsini qaldırsın, onlara təyinat versinlər, məcburi qaydada gedib işləsinlər”.
Günay Şahmar, Bizim.Media