EN

Ölkədə həkim çatışmazlığı problem var-Deputat

"Azərbaycanda həkimlərin əməkhaqqısı az olduğundan xaricə üz tuturlar, nəticədə kadr çatışmazlığı yaranır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Deputat qeyd edib ki, 1 200-1 300manat məvacib həkimin ehtiyaclarını qarşılamır: "Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Yaxud müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
olaylar.az

1Sources