EN

Milli Məclisdə onkoloji xəstəliklərlə bağlı məsələ qaldırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Onkoloji xəstəliklər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Bunun səbəbi çox maraqlıdır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elşad Musayev deyib.
Onun sözlərinə görə, bölgələrdə ən çox soruşulan məsələlərdən biri də budur: "Hər kəs bunun səbəbini soruşur. Bu məsələni nəzərə alın".
Deputat Rəşad Mahmudov onkoloji xəstəliklərlə bağlı dövlət proqramının olduğunu deyib.
Onun sözlərinə görə, rayonlarda icbari sığortaya keçid ediləndən sonra müraciətlərin sayı artıb:
"Amma araşdıranda görürsən ki, müraciət edənlərin çoxunun heç xəstəxanaya getməyə ehtiyacı yoxdur. Lazımsız müraciətlərin sayı artanda xüsusən də bölgələrdə insan resursunun çatışmadığını görürük. Bunun da zamanla düzələcəyini bilirik".
"İstənilən ölkədə səhiyyə islahatları çətin proseslərdən keçir. Əminliklə deyə bilərəm ki, aparılan islahatlar fonunda hər kəs özünü Azərbaycan tibbinə düşünmədən etibar edəcək", - deyə deputat vurğulayıb.
Mərahim Nəsib
Chosen
62
50
oxu.az

10Sources