EN

Jurnalist qətllərinin 90 faizinin üstü hələ də açılmayıb - BMT

1993-cü ildən bəri dünyada törədilən jurnalist cinayətlərinin yalnız 13 faizində məhkəmə qərar çıxarıb, 27 faizində isə məhkəmə prosesinin vəziyyəti məlum deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarında qeyd olunur.

BMT Baş Assambleyası 2 noyabr 2013-cü ildə Malidə öldürülən iki fransız jurnalistin xatirəsinə bu günü “Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıqla mübarizə üzrə Beynəlxalq Mübarizə Günü” elan edib.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) məlumatına görə, 1993-cü ildən bəri dünyada 1700-dən çox jurnalist öldürülüb.

YUNESKO-nun məlumatına görə, bu qətllərin yalnız 13 faizi qanuni tədbirlər və məhkəmələrlə nəticələnib. Demək olar ki, hər 10 jurnalist qətlindən 9-da ya hüquqi proses başlanmayıb, ya da başlayan proses yekunlaşmayıb. Jurnalist qətllərinin təxminən 27 faizində hüquqi prosesin vəziyyəti məlum deyil.

YUNESKO bildirir ki, 2020-2021-ci illərdə 117 jurnalist öldürülüb. Jurnalistlərin 78 faizini təşkil edən 91 jurnalist ya maşında, ya da küçədə öldürülüb. Bəzilərinin isə oğurlandıqdan sonra hardasa tərk edilmiş cəsədləri tapılıb.

Ötən il öldürülən jurnalistlərin 50 faizi münaqişə zonalarında ölüb. Qərargahı ABŞ-da olan CPJ 2023-cü ildə öldürülən jurnalistlərin sayının 99 olduğunu, onlardan 69-nun Qəzzada İsrail tərəfindən öldürüldüyünü açıqlayıb.

Nuriyyə Musayeva

Chosen
41
1
bakivaxti.az

4Sources