Azərbaycan Mərkəzi Bankı 2025-ci il üçün 3,3 faiz iqtisadi artım proqnozlaşdırır. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
T.Kazımovun sözlərinə görə, 2024-cü ilin sonuna qeyri-neft sektoru üzrə iqtisadi artımın 6,5 faiz, 2025-ci ildə isə 5,1 faiz olacağı proqnozlaşdırılır.