Beynəlxalq Valyuta Fondu (BVF) qeyri-neft-qaz sektorunda yüksək fəallıq və Azərbaycanla Qazaxıstanda dövlət investisiyalarının genişlənməsi səbəbindən Qafqaz və Mərkəzi Asiya regionunda ixracatçı ölkələrin iqtisadiyyatı üzrə artım proqnozunu 0,4 faiz bəndi yaxşılaşdıraraq 3,3 faizə çatdırıb.
Yenilənmiş “Regional iqtisadi inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya” hesabatına əsasən, 2025-ci il üçün proqnoz 3,9 faiz təşkil edir.
Xatırladaq ki, daha əvvəl BVF 2024 və 2025-ci illər üzrə Azərbaycan üçün iqtisadi artım proqnozunu yaxşılaşdırmışdı. Bu il ÜDM-in artımı 3,2 faiz (əvvəllər 2,8 faiz), 2025-ci ildə isə 2,5 faiz (əvvəllər 2,3 faiz) səviyyəsində proqnozlaşdırılır.