EN

"Tərtər işi" üzrə ömürlük azadlıqdan məhrum edilən hərbi qulluqçu barədə Ali Məhkəmə qərar elan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tərtər işi" üzrə 2017-ci ildə həbs edilən üç hərbi qulluqçu Elşən Qasımov, Lətif Lətifov və Zamiq Əlimanov Ali Məhkəməyə müraciət edib.
"Report" xəbər verir ki, hər üç hərbi qulluqçu barələrindəki hökmdən şikayət vermə müddətlərinin bərpa olunmasını istəyib.
Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Elşən Qasımov və Lətif Lətifovun şikayətləri təmin olunmayıb.
Zamiq Əlimanovun kassasiya şikayəti vermə müddəti başa çatdığından onun şikayətinə baxılmayıb və Şirvan Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, hər üç hərbi qulluqçunun barələrindəki hökmdən şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Onların müraciəti məhkəmə tərəfindən təmin edilməyib.
Qeyd edək ki, hər üç hərbi qulluqçu 2017-ci "Tərtər işi" üzrə tutulub. Müddətdən artıq hərbi qulluqçu olan Elşən Qasımov ömürlük, gizir Lətif Lətifov 20 il, leytenant Zamiq Əlimanov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Chosen
35
38
oxu.az

10Sources