EN

Stavropoldakı neft anbarına hücum olub

Stavropoldakı

Ötən gecə Svetloqradda neft bazası ərazisinə pilotsuz təyyarə düşüb.

Reyting.az
xəbər verir ki, bunu Stavropol diyarının rəhbəri Vladimir Vladimirov bildirib.

Qubernator itkilərin olmadığını iddia edir.

“Baza” teleqram kanalı isə iddia edir ki, pilotsuz təyyarənin zərbəsindən sonra neft bazasında yanğın başlayıb.

Bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyi ötən gecə Kursk, Voronej, Bryansk, Oryol və Belqorod vilayətləri, həmçinin ilhaq edilmiş Krım üzərində Ukraynaya məxsus 83 pilotsuz təyyarənin vurulduğunu bildirib.

ELÇİN
Chosen
30
reyting.az

1Sources