EN

Fransada məscidə irqçi hücum baş verib

Bakı, TurkicWorld

Fransanın şimalında yerləşən Amiens şəhərindəki Assounna məscidinə qarşı irqçi hücum baş verib.

TurkicWorld xəbər verir ki, ölkə mətbuatında yayılan xəbərlərə görə, oktyabrın 29-da məscidin Viktorina Otier küçəsində yerləşən qapısı yandırılıb. Məscidin idarə işlərinə cavabdeh olan dərnək hücumla bağlı şikayət edib.

Dərnəyin vitse-prezidenti Bilel Furtado hadisəni təsvir edərək, səhər namazı üçün məscidə gələnlərin yanıq iyi hiss etdiklərini və ərazidə yanan alətlərin olduğunu bildirib. Furtado, bunun qəsdən törədilmiş bir hücum olduğunu düşündüyünü qeyd edib.

Fransanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb.

Chosen
29
turkic.world

1Sources