EN

“Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib - FOTOLAR

30.10.2024-cü il tarixində TƏBİB-in, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

QHT.az xəbər verir ki, seminarda Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Tamara Nurəliyeva hemofiliyalı vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkili və müalicənin multidisiplinar olmasının vacibliyini bildirib.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Dr. Məhluqə Talıbova “Hemofiliyalı xəstələrə yanaşma” və fizioterapevt Yegənə əzizova "Hemofiliyalı Pasiyentlərin müalicəsində fizioterapiyanın faydası" və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının stomatoloqu Dr. İsmayılova Sevda “Hemofiliyalı xəstələrdə ağız boşluğu və diş problemləri” mövzularında çıxış etdilər. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsi və ilə tanışlıq olub. Laxtalanma pozğunluğu ilə olan pasiyentlərin fizioterapevtik müalicələrinin Zaqatala rayonunda təşkili yüksək üiymətlədirilib və təklifər dinlənilib.

Qeyd edək ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsi 2023-cü ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən tibbi avadalıqlar və tibbi mebellə təchizatlandırılmışdır.

Chosen
38
13
qht.az

10Sources