EN

Unibank “Əjdaha” lotereyanın növbəti qaliblərinə hədiyyələri təqdim edib

“Unibank”ın “Əjdaha” lotereyasının üçüncü tirajının qaliblərinə hədiyyələr təqdim olunub.  Tirajın əsas hədiyyələri olan 2 ədəd Toyota Corolla Cross avtomobili və 10 ədəd iPhone 15 Pro telefonu qaliblərə birbaşa təqdim edilib, pul uduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb. Lotereya qalibləri hər tirajın sonunda Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilir.

“Əjdaha” lotereyasının üçüncü tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:

Nuridə Əmənova 1 ildən çoxdu Unibank müştərisidir: “ Son 1 ildə bütün alış-verişlərimi Ucard-la edirəm. Çox sərfəlidir, çox rahatdır. Lotereya haqda məlumatlı olsam da, bildiriş gələndə ki “Əjdaha” lotereyadan iPhone qazanmısınız, doğrusu inanmadım. Zəng edib bankla dəqiqləşdirdim. Çalışacam növbəti tirajlara çox şans qazanım, çünki avtomobil, mənzil kimi daha gözəl hədiyyələr də var”.

Maksim Kabalnov isə 2018-ci ildən Unibank müştərisidir. Elə qalib olduğunu Xəzər TV-nin canlı efirindən eşidib: “ Lotereya haqda məlumatlıydım. iPhone 15 Pro qazandığımı da canlı efirdən bildim. Telefonuma bildiriş gələndən sonra qalib olduğuma bir daha əmin oldum. Təbii ki, belə gözəl hədiyyə qazanmaq çox sevindiricidir. Doğru bank seçdiyimə bir daha əmin oldum”.

Daha bir iPhone 15 Pro qalibi Rasim Sadıqov lotereyadan məlumatı olmasa da, ödənişlərini hər zaman Unibankın təqdim etdiyi kart  ilə edib: “ Qalib olsam da, olmasam da “Unibank”a həmişə güvənmişəm, xidmətinin keyfiyyətindən, şəffaflığından əmin olmuşam. 10 ildən çoxdur bankın müştərisiyəm və əksər xidmət və məhsulundan istifadə edib, razı qalmışam”.

“Əjdaha” lotereyasının 3-cü tirajında Toyota Corolla Cross avtomobili qazanan Ruslan Əskərov 10 ildən çoxdur “Unibank”ın müştərisidir: “Bu illərdə bankın məhsul və xidmətlərindən hər zaman razı qalmışam, çünki müştəriyə bank üçün dəyərli olduğunu hiss etdirir.  Avtomobil böyük və hər kəsin xəyalı olan bir hədiyyədir. Hər tirajda yüzlərlə müştərisinə belə sevinc yaşatdığı üçün “Unibank”ı alqışlayıram”.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
98
27
banco.az

10Sources