EN

İran bu ölkədən İsrailə zərbə endirməyə hazırlaşır

İran yaxın günlərdə İraq ərazisindən İsrailə hücum etmək niyyətindədir, hücum ABŞ prezident seçkiləri öncəsi baş verəcək.

Gundem.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Axios”a İsrail kəşfiyyatının iki mənbəsi məlumat verib.

Məlumata görə, İsrail İranın çox sayda pilotsuz təyyarə və ballistik raketlərdən istifadə edəcəyini gözləyir:

“SEPAH-ın komandiri Hüseyn Salami dünən bildirib ki, İsrail keçən həftə zərbə endirərkən səhv edib. Onun sözlərinə görə, Tehranın cavabı istənilən bir ssenaridən fərqli olacaq. Onun sözlərini yüksək rütbəli İran rəsmisi də təsdiqləyib və əlavə edib ki, İran güclü və ağrılı cavab planlaşdırır və bu, çox güman ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baş verəcək”.

Nəşr həmçinin qeyd edib ki, İsrail ordusu oktyabrın 26-da İrana hücum edərkən ölkənin arsenalının əsas hissəsini təşkil edən İran ballistik raketləri üçün yanacaq istehsal edən 12 obyekti sıradan çıxarıb.

ABŞ-ın yüksək rütbəli rəsmisi isə nəşrə deyib ki, hücum Tehranın bu cür silahların yaradılması sahəsində istehsal imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcək.

Chosen
29
21
gundem.az

10Sources