EN

İqtidar 58 il sonra dəyişdi - Afrika ölkəsində gözlənilməz hadisə

Cənubi Afrikanın almazla zəngin ölkəsi olan Botsvanada çərşənbə günü keçirilən ümumi seçkilərdən gözlənilməz nəticə ortaya çıxıb.

 

Sfera.az xəbər verir ki, ölkə İngiltərədən müstəqillik qazandıqdan sonra 58 ildir hakimiyyətdə olan Botsvana Demokratik Partiyası ilk dəfə seçkilərdə məğlub olub.

 

Prezident Mokqvitse Masisi də məğlubiyyətini etiraf edib və qalib gələn müxalifəti təbrik edib.

 

Botsvananın 2,6 milyon əhalisi var. Ölkədə son vaxtlar artan işsizlik və Masisi rəhbərliyindən narazılıq müxalifətə dəstəyi artırmışdı. Yeni hökumət artan iqtisadi bərabərsizliklə mübarizə aparmalıdır.

 

Vasif

Sfera.az

 

Chosen
73
1
sfera.az

2Sources