EN

Hesablama Palatası dövlətə məxsus sosial fondların 2025-ci il büdcəsinə rəy verib

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Fins.az xəbər verir ki, bu barədə palata məlumat yayıb.

Bildirilib ki, iclasda “DövlÉ™t sosial müdafiÉ™ fondunun 2025-ci il büdcÉ™si haqqında” AzÉ™rbaycan Respublikası Qanun layihÉ™sinÉ™ vÉ™ “Ä°ÅŸsizlikdÉ™n sığorta fondunun 2025-ci il büdcÉ™si haqqında” AzÉ™rbaycan Respublikasının Qanun layihÉ™sinÉ™ AzÉ™rbaycan Respublikasının Hesablama Palatasının RÉ™ylÉ™ri müzakirÉ™ olunub.

Bildirilib ki, Rəylərin hazırlanmasında məqsəd büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc istiqamətləri üzrə tərtib edilmiş proqnoz göstəricilərinin əsaslılığının və nəzərdə tutulan sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğunluğunun, büdcə layihələrinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilməsi vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.

Müzakirələrdə Rəylərin hər bölməsində əks olunan əsas məsələlərə, aparılmış qiymətləndirmələrin nəticələrinə, verilmiş tövsiyələrə diqqət yetirilib. Müzakirələrin nəticəsinə əsasən Rəylərin təsdiq olunması və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul olunub.

Fuad Mədətov
Fins.az

Chosen
18
12
fins.az

10Sources