EN

HƏMAS atəşkəs təkliflərini rədd edir

Fələstinin HƏMAS hərəkatı İsraillə müvəqqəti atəşkəs sazişi bağlamaq təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”məlumat yayıb.

Məlumata görə, HƏMAS rəhbərliyi bildirib ki, bu təklif xalqın təhlükəsizlik, sabitlik, yardım və yenidənqurma ehtiyaclarına cavab vermir.

Qeyd olunur ki, Misir və Qətər vasitəçiləri müəyyən günlər üçün müvəqqəti atəşkəs haqqında sazişin bağlanmasını, habelə əsirlərin qismən mübadiləsini və humanitar yardımın artırılmasını təklif ediblər.

HƏMAS öz növbəsində, hər zamanki kimi nəzarət-buraxılış məntəqələrinin, xüsusən də Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinin tam açılmasını tələb edir.


Müəllif: Arzu
Chosen
31
teleqraf.com

1Sources