EN

COP29 zamanı "Koroğlu" ya gələn avtobusların aqibəti necə olacaq?

Metronun "Koroğlu" stansiyası ətrafından 30-dan çox marşrut xətti fəaliyyət göstərir. Konfrans günlərində bu metro stansiyası ətrafından - "Piramida" adlanan ərazidən cəmi 3 marşrut işləyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev "COP29 nəqliyyat planının təqdimatına dair" xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, bunlar 163, 184 və 214 nömrəli marşrut xətləridir:

"Üzbəüz tərəf isə tamamilə COP29 əməliyyatları üçün istifadə olunacaq. 3 marşrut əsasən Bakının Ramanı, Zabrat qəsəbələri və Suraxanı rayonu istiqamətində hərəkət edəcək. Metronun "Koroğlu" stansiyasına gələn marşrutların əksər hissəsi, təxminən 12 marşrut "Ulduz" stansiyası istiqamətinə, digər marşrutlar isə "Qara Qarayev" və digər metro stansiyalara yönəldiləcək. Bu barədə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək".

O əlavə edib ki, ümumilikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Chosen
67
32
milli.az

10Sources