EN

Qərbi Azərbaycan İcmasının UNESCO-ya müraciəti

“Biz Qərbi Azərbaycan İcması olaraq UNESCO-nun nümayəndəsi Krista Pikkatın Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qınayır və rədd edirik”. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: “UNESCO rəsmisinin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı UNESCO-nun müvafiq addımlar atması üçün dəfələrlə göndərilmiş müraciətlərin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir.

Biz UNESCO-dan Azərbaycana və xalqımıza qarşı böhtan və ayrı-seçkiliyə son qoymağı, Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı öz vəzifə borcunu, nəhayət, yerinə yetirməyi, o cümlədən bu ölkəyə xüsusi monitorinq missiyası göndərməyi tələb edirik”.

XQ

Chosen
20
19
xalqqazeti.az

10Sources