EN

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Olaylar xəbər verir ki, iclası açan komitə sədri Azər Əmiraslanov gündəlik barədə məlumat verib. 
O, bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ Toğrul Nəcəfəli oğlu Əliyevin, Gülər Azər qızı Paşayevanın, Əli İsmayıl oğlu Əhmədovun və Vüsal Cahangir oğlu Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri təyin edilməsi, ikinci məsələ isə Rəşad Temraz oğlu Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqındadır.
Komitə sədri Mərkəzi Bankın İdarə Heyətinin təşkili prinsiplərindən söz açıb və təqdim olunan namizədlərin qoyulan tələblərə cavab verdiyini deyib. Namizədlərin peşəkarlıqlarından danışan Azər Əmiraslanov Mərkəzi Bankda yüksək vəzifə tutan bu şəxslərin idarə heyətinə daxil edilmələrinin qurumun funksionallığının artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Müzakirədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, komitə üzvləri Heydər Əsədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə və  Rövşən Muradov çıxış ediblər. Deputatlar  Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunan namizədlərin bank və maliyyə sektorunda fəaliyyətlərini, beynəlxalq iş təcrübələrini yüksək qiymətləndiriblər və onlara uğurlar diləyiblər.
Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva söz alaraq namizədlərin adından ölkə Prezidentinə göstərilən etimada görə minnətdarlıq ifadə edib, komitə üzvlərinə onların namizədliklərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Müzakirələrin sonunda komitə üzvləri hər iki məsələni baxılmaq üçün Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
İclasda deputatlar Müşfiq Cəfərov, Məşhur Məmmədov, Əli Məsimli, Tahir Mirkişili, Zaur Şükürov və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
10
olaylar.az

10Sources