EN

Podolyak: “Azərbaycan regionda liderlik etməyə hazır olduğunu göstərir”

Azərbaycan regionda lider olmağa hazır olduğunu göstərir. Azərbaycanın, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi dünyanın indiki durumunda çox yaxşı təşəbbüsdür.

Bizim.Media xəbər verir ki, bunu “report.az”a müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qlobal rol oynamaq imkanı var:

"Mən həmişə öz regional liderliyini göstərən təşəbbüskar ölkələri bəyənirəm. Azərbaycan regionda lider olmağa hazır olduğunu göstərir. Bu tamamilə təsirli, real görünür. Necə ki, Türkiyə Qara dənizdə regional lider olmağa hazır olduğunu tez-tez göstərir. Azərbaycan da bunu edir".

Podolyak bunun çox yaxşı perspektivinin olduğunu hesab edir:

"Xüsusilə də mənim fikrimcə, Azərbaycanın enerji trafiki, enerji tranziti ilə bağlı çox mühüm rollar tutmaq və buna uyğun olaraq bu gün daha qlobal rol oynamaq imkanı var. Əlbəttə ki, bunu alqışlamaq lazımdır".

Ukrayna Prezident Ofisinin müşaviri həmçinin iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı əminliyini vurğulayıb:

"Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin, eləcə də Ukrayna ilə Türkiyə arasında ikitərəfli münasibətlərin son dərəcə müsbət istiqamətdə inkişaf edəcəyinə zərrə qədər şübhəm yoxdur. Niyə bu faydalıdır? Bu, Ukraynanın regionla enerji baxımından, regionda təsir baxımından və s. münasibətlərini maksimum dəqiq qura bilər. Ona görə də Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi dünyanın indiki durumunda çox yaxşı təşəbbüsdür. Düşünürəm ki, Ukraynanın təmsilçiliyi maksimum yüksək səviyyədə olacaq. Çünki belə layihələrdə iştirak etmək bizim üçün son dərəcə vacibdir”, - o əlavə edib.

Bizim.Media

Chosen
10
50
bizim.media

10Sources