EN

Yeni icra başçısı kollektivə təqdim edildi

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

QAZİLER.AZ  Milli.Az-a istinaden xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib.

Prezidentin köməkçisi ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Hüseynzadə ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Orxan Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1983-cü il təvəllüdlü Orxan Hüseynzadə bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini postunu tutub.

2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın bitirib.

Səhiyyə Nazirliyində (2006-2012-ci illər) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (2012-2018-ci illər) müxtəlif vəzifələrdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında (2018-ci il) çalışıb.

2018-ci ildən indiyədək isə Dövlət Əmək Müfəttişliyi Xidmətində fəaliyyət göstərib.

 

 

Chosen
28
14
qaziler.az

10Sources