EN

Montellanın Türkiyə millisindəki gələcəyi bəlli oldu

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın yığmadakı gələcəyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının meneceri Ceyhun Kazancı açıqlama verib.

O, italiyalı mütəxəssislə yola davam edəcəklərini bildirib:

"Montella ilə 2026-cı il dünya çempionatının sonuna qədər müqaviləmiz var. O, burada çox xoşbəxt və istəklidir. Uğurlu məşqçilərin adının bəzi böyük klublarla yanaşı hallanması normal haldır”.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə rəhbərlik edən V.Montella komandanı ötən yay Almaniyada keçirilmiş son Avropa çempionatında 1/4 final mərhələsinə yüksəldib.

Chosen
32
11
bakivaxti.az

10Sources