EN

"Hizbullah"ın daha bir komandiri öldürülüb?

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şiə Hizbullah hərəkatının Nasser raket bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ordunun mətbuat xidməti bu barədə "Telegram" kanalında məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Livanın cənubundakı Cuaya bölgəsinə hədəfli zərbə endirib və Hizbullahın Nasser raket bölməsinin komandiri Cəfər Xader Fauru məhv edib” - hesabatda deyilir.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Faur Livanın şərqində törədilən hücumlara görə məsuliyyət daşıyırdı. Vurğulanıb ki, oktyabrın 8-də oradan onun komandanlığı ilə İsrail ərazisinə ilk raket buraxılışları həyata keçirilib.

İDF həmçinin qeyd edib ki, Faur İsrail daxili cəbhəsinə və İDF əsgərlərinə qarşı "çoxlu hücumlar planlaşdırıb".


Müəllif: Pərvin Cəfərova
Chosen
90
50
teleqraf.com

10Sources