Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Volfsburq” – “Auqsburq” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Hoffenhaym” evdə “Sankt Pauli”yə uduzub.
Günün qalan dörd oyunu meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Holştayn” “Haydenhaym”ı tək qolla yenib.
“Bayern” evdə “Union Berlin”i, Dortmund “Borussiya”sı “Leypsiq”i, “Ayntraxt” isə “Boxum”u məğlub edib.
9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
9-cu tur
1 noyabr
Bayer – Ştutqart 0:0
2 noyabr
Bayern – Union Berlin 3:0
Qollar: Keyn, 15-pen; 51. Koman, 43.
Ayntraxt – Boxum 7:2
Qollar: Ekitike, 9; 69. Marmuş, 18. Knauff, 20. Braun, 32. Dahud, 61. Can Yılmaz Uzun, 66 – De Vit, 35. Hofmann, 51.
Hoffenhaym – Sankt Pauli 0:2
Qollar: Afolayan, 20. Albers, 90+3.
Holştayn – Haydenhaym 1:0
Qol: Erras, 28.
Volfsburq – Auqsburq 1:1
Qollar: Amura, 82 – Tiets, 34.
Borussiya (Dortmund) – Leypsiq 2:1
Qollar: Beyer, 30. Girassi, 65 – Şeşko, 27.
3 noyabr
18:30. Frayburq – Maynts
20:30. Borussiya (Mönhenqladbax) – Verder