EN

Amerikanın bombardmançı təyyarələri Yaxın Şərqdə

Birləşmiş Ştatların B-52 strateji bombardmançı təyyarələri Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Maynot Hərbi Hava Qüvvələri bazasında (Şimali Dakota ştatı) yerləşdirilən beşinci qanadın bir hissəsi olan B-52 Stratofortress strateji bombardmançı təyyarələri CENTCOM-un məsuliyyət zonasına gəliblər”, – paylaşımda deyilir.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin daha əvvəl Yaxın Şərqə əlavə qüvvələrin, o cümlədən raketdən müdafiə imkanları ilə təchiz edilmiş esmineslər, qırıcı və tanker təyyarələrindən ibarət eskadrilya və bir neçə B-52-nin göndərilməsi barədə göstəriş verib.

Chosen
41
20
konkret.az

10Sources