EN

Baş məşqçi Marselonu belə aşağılayıb

Marselonun “Fluminennse”dən ayrıldığı barədə məlumat vermişdik. Onun baş məşqçi ilə münaqişə yaşadığı bildirilir.

Publika.az xəbər verir ki, bu münaqişənin detalları ilə bağlı video yayılıb. “Fluminense”nin baş məşqçisi Mano Menezes Braziliya A Seriyasının 32-ci turunun “Qremio” ilə matçında Marselonu aşağılayıb.

Görüşün sonunda 62 yaşlı mütəxəssis dəyişiklik etməyə hazırlaşıb. Menezes komandası 2:1 hesabı ilə öndə olarkən Marselonu meydana buraxmağı planlaşdırıb.

Amma məşqçi futbolçuya bəzi göstərişlər verəndə o, cavab olaraq başını tərpədib. Bir az sonra Menezes Marselonu itələyib və ehtiyat oyunçular skamyasına keçməyi əmr edib. Nəticədə, 36 yaşlı müdafiəçi yox, Con Kennedi meydana çıxıb.

2:2 hesabı ilə bitən matçdan sonra “Fluminense”nin baş məşqçisi deyib: “Marselonu buraxacaqdım, amma nəsə xoşuma gəlmədi və fikrimi dəyişdim. Sonra Con Kennedini meydana çıxarmaq qərarına gəldim”.

Chosen
31
13
publika.az

10Sources