Azərbaycanlı voleybolçu Mirəşrəf Rzazadə komandasını dəyişib.
Fanat.Az xəbər verir ki, o, karyerasını "Neftçi"də davam etdirəcək.
Rzazadə ötən mövsüm Azərbaycan çempionu titulunu qazandığı "Azərreyl"i tərk edib. "Neftçi" onun çıxış edəcəyi 4-cü klub olacaq.
Qeyd edək ki, Mirəşrəf əvvəllər "Murov Az Terminal" və MOİK komandalarının formasını geyinib.